22.02.2017

Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilməyə başlanılıb

Xocalı faciəsindən 25 il ötür. Respublikanın hər yerində olduğu kimi rayonumuzun məktəblərində də Xocalı faciəsi ilə bağlı Gənc Müəllimlər Birliyinin təşəbbüsü ilə bugündən başlayaraq anım günü münasibəti ilə silsilə tədbirlərin keçiriliməsi nəzərdə tutulub.

Ətraflı
22.02.2017

Təhsil naziri Mikayıl Cabbarov Ankarada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda çıxış edib

Fevralın 22-də Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Ətraflı
21.02.2017

"Kimya gecəsi" adlı elmi-əyləncəli tədbir keçirilib

Fevralın 21-də Kür qəsəbə H.Z.Tağıyev adına tam orta məktəbdə, məktəbin kimya müəllimlərinin təşəbbüsü ilə “Kimya gecəsi” adlı elmi-əyləncəli tədbir keçirilib.

Ətraflı
20.02.2017

Müəllimlərə elektron lövhələrin istifadə olunmasına dair təlim keçirilib

Şəmkir Rayon Gənc Müəllimlər Birliyini təşəbbüsü ilə elm və texnikanın sürətlə inkişaf etdiyi müasir dövrdə müəllimlərin də yeni texnologiyalardan istifadə etmək bacarıqlarına yiyələnməsi məqsədi ilə elektron lövhələrdən istifadə olunmasına dair təlim keçirilib.

Ətraflı
20.02.2017

Prezident İlham Əliyev Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini qəbul edib

Dövlət başçısı Azərbaycan ilə Qətər arasında çox yaxın tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirdi, bu əlaqələrin mümkün qədər çox sahələri əhatə etməsinin vacibliyini qeyd etdi.

Ətraflı
17.02.2017

"Zərərli vərdişlərdən necə qorunmalı?" adlı tədbir keçirilib

Şəmkir rayon Yaşar Əskərov adına Koltəhnəli kənd tam orta məktəbinin 9-11-ci sinif şagirdlərinin iştirakı ilə məktəbin psixoloqu İntizar Musayeva tərəfindən “Zərərli vərdişlərdən necə qorunmalı?” adlı tədbir keçirilib.

Ətraflı
16.02.2017

Məktəbli yazar Məhəmməd Azər

Məhəmməd Azər (Hacıyev) 2000-ci ildə Şəmkir rayonunda anadan olub. Hazırda Şəmkir rayon Əhməd Cavad adına 4 saylı tam orta məktəbin 11-ci sinif şagirdidir.

Ətraflı
16.02.2017

“Sabahın alimləri” VI Respublika Müsabiqəsinə start verilib

Fevralın 16-da “Sabahın alimləri” VI Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib.

Ətraflı
15.02.2017

Ümumi və ilk peşə-ixtisas təhsili müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Cari ilin aprel-may aylarında ölkəmizin digər 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Ətraflı
14.02.2017

Məktəblilərlə "Beynəlxalq Kitab Bağışlamaq Günü" keçirilib

Fevralın 14-də Şəmkir Heydər Əliyev Mərkəzi Elmi-Kütləvi Kitabxana və Şəmkir Bilik Evinin birgə təşkilatçılığı ilə "Beynəlxalq Kitab Bağışlama Günü"nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Şəmkir rayon Əhməd Cavad adına tam orta məktəbin 8-ci sinif şagirdləri iştirak ediblər.

Ətraflı
13.02.2017

"Qaraca qız" nağılının təhlili mövzusunda açıq dərs keçirilib

Şəmkir Gənc Müəllimlər Birliyinin təşkilatçılığı ilə Şəmkir rayon Aşağı Seyfəli kənd Natiq Abbasov adına tam orta məktəbin 4a sinif şagirdləri ilə ibtidai sinif müəllimi Arzu Heydərova tərəfindən Süleyman Sani Axundovun “Qaraca qız” nağılının təhlili mövzusunda açıq dərs keçirilib.

Ətraflı
10.02.2017

Rus dili fənn olimpiadası keçirilib

Fevralın 10-da Şəmkir rayon Nizami Gəncəvi adına tam orta məktəbdə tədrisin rus və Azərbaycan dillərində olduğu Şəmkir, Gədəbəy və Tovuz rayonlarının orta ümumtəhsil məktəblərinin şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə olimpiada keçirilib.

Ətraflı
08.02.2017

Təmayülləşmə ilə əlaqədar görüləcək işlər müzakirə olunub

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən Şəmkir Rayon Təhsil Şöbəsində təhsil müəssisələrinin təmayülləməsi ilə əlaqədar yığıncaq təşkil olunub.

Ətraflı
06.02.2017

Təhsil naziri Şabranda vətəndaşları qəbul edib

Fevralın 6-da təhsil naziri Mikayıl Cabbarov Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edib.

Ətraflı
02.02.2017

İngilis dili müəllimləri üçün növbəti təlim keçirildi

Fevral ayının 1-dən 5-dək Təhsil Nazirliyi, “British Council” və BP Azərbaycan şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində  “İngilis dili müəllimlərinin və icma üzvlərinin ingilis dili bilik və bacarıqlarının artırılması layihəsi”-nin növbəti mərhələsi keçirilir.

Ətraflı