15.10.2018

Gənc müəllimin "Açıq dərs"i keçirilib

Şəmkir Gənclər Mərkəzində Rayon Təhsil Şöbəsinin və "Böyük Yol" gənclər ictimai birliyinin təşkilatçılığı ilə gənc müəllimin "açıq dərs"i keçirilib.

Açıq dərsi M.Füzuli adına şəhər tam orta məktəbin ingilis dili müəllimi və birliyin üzvü Aytac Bayramlı keçib. Dərsin mövzusu "Communication" - (ünsiyyət) olub.

Dərsi şagirdlərə yeni innovativ metodlardan istifadə edərək izah edən Aytac müəllim məktəblilərə mövzu ilə bağlı qısa animasiya filmi nümayiş etdirib.

Məlumatlandırıcı videonun ardınca şagirdlərin dinləmə və danışma keyfiyyətləri analiz edilib. Daha sonra onlara qramatika izah olunub və yeni dərsə uyğun olaraq yazılı tapşırıq verilib.

Sonda "açıq dərs"də izləyici qismində iştirak edən qonaqların dərsin gedişatı ilə bağlı fikirləri dinlənilib.

Dərsin ardınca məktəblilər Gənclər Mərkəzinin rəsm və bədii dekorativ tədbiqi sənət qalareyası ilə tanış olublar.


Açar sözlər: ,  ,  ,