22.10.2018

Məktəblilərin zərərli vərdişlərdən qorunması məqsədi ilə seminar keçirilib

Məktəblilərin zərərli vərdişlərdən qorunması və maarifəndirilməsi işinin təşkili üçün Şəmkir Rayon Təhsil Şöbəsi və Rayon Baş Polis İdarəsinin təşkilatçılığı ilə seminar təşkil olunub. Tədbirdə Xanallar, Yuxarı Seyfəli kənd tam orta, Nərimanlı kənd ümumi orta məktəbinin yuxarı sinif şagirdləri və müəllimləri iştirak edib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.Tədbir iştirakçılarını salamlayan polis polovnik-leytenantı Yaşar Hüseynov gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün onlarla mütəmadi görülən işlər və tədbirlərdən söz açıb. Hər bir cəmiyyətin qara ləkəsi olan narkomaniya, erkən nigah, ailə münaqişələri və radikal dini təriqətlərin səbəb olduğu təhlükələrdən qorunmağın yolları və onların törədə biləcəyi çətinliklərlə bağlı məktəblilər məlumatlandırılıb.

Daha sonra  Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin baş inspektoru polis kapitanı Əfqan Qasımzadə zərərli vərdişlər və onun fəsadları barədə geniş məlumat verib.

Sonda şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib və tədbir iştirakçılarının fikirləri dinlənilib.