03.09.2018

“Əylən və Öyrən” adlı yay məktəbi davam edir.

Şəmkir Rayon Təhsil Şöbəsinin və “Böyük Yol” GİB-nin təşkilatçılığı ilə məktəblilər üçün “Əylən və Öyrən” adlı növbəti yay məktəbi davam edir.

Yay məktəbinin təşkil olunmasının əsas məqsədi yay tətili günlərində şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaq, onlara müxtəlif mövzularda bilik və təcrübələrini artırmaqda kömək etmək, kollektivdə çalışıb özünü təqdimetmə və ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirmək üçün imkan yaratmaqdan ibarətdir.

“Yay məktəbi” zamanı şagirdlər üçün təlim, seminar və informativ sessiyalar keçirilir, müxtəlif idman yarışları, ekskursiyalar, əyləncəli saatlar təşkil olunur.

“Yay məktəbi” çərçivəsində təlimlərin Şəmkir rayon Çənlibel kəndində açıq havada, təbiət qoynunda keçirilib.


Açar sözlər: ,