29.06.2018

Şəmkir Rayon Təhsil Şöbəsinin növbəti təhsilyanı şura iclası keçirilib

Iyun ayının 29-da rayon ümumi təhsil məktəb direktorlarının iştirakı ilə Şəmkir Rayon Təhsil Şöbəsinin növbəti təhsilyanı şura iclası keçirilib.

İclasın gedişatında məktəblərdə normativ sənədlərin icrası vəziyyəti, ümumi orta məktəblərdə kurikulumun tətbiqi vəziyyəti, həmçinin Təhsil Şöbəsinə daxil olmuş ərizə və şikayətlərin təhlili və məktəbə hazırlıq qruplarının təşkili vəziyyəti müzakirə edilib.

İclasın gündəliyində duran əsas məsələlərdən biri də buraxılış imtahanlarına hazırlıqla bağlı olub. İyulun 3-də keçiriləcək buraxılış imtahanının təşkili məqsədi ilə görüləcək işlərin ardıcıllığı izah olunub.

Sonda Şəmkir RTŞ-nin müdiri Məcid Şıxlinski tərəfindən iclas iştirakçılarına görüləcək işlərlə bağlı tapşırıqlar verilib.


Açar sözlər: ,