15.05.2018

İnşa yazı müsabiqəsinin qalibi məlum olub

Mayın 15-də Nizami Gəncəvi adına tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibi mükafatlandırılıb.

Müsabiqənin keçirilməsində əsas məqsəd ümumilli lider Heydər Əliyevin zəngin irsinin və ideyalarının gənc nəsil tərəfindən öyrənilməsi, həmcinin şagirdlərdə yazı qabiliyyətinin formalaşmasından ibarətdir.

İnşa yazı müsabiqəsində Düyərli kənd 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Şəbnəm Əhmədova I yerə layiq görülüb.

Müsabiqə qalibinə təhsil şöbəsi tərəfindən diplom və hədiyyə təqdim olunub.


Açar sözlər: ,