30.04.2018

“Hərb tariximiz” mövzusunda tədbir keçirilib.

Aprelin 30-da Qasım İsmayılov kənd Sahib Əliyev adına tam orta məktəbdə görkəmli hərbi xadim, əfsanəvi general Əliağa Şıxlinskinin 155 illik yubileyinə həsr olunan “Hərb tariximiz” mövzusunda tədbir keçirilib.

Tədbirdə Rayon təhsil şöbəsinin məsul işçiləri, Qarabağ və Əfqanıstan müharibəsi veteranları, müəllimlər və şagirdlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhidlər abidəsi önünə gül qoyublar.

Giriş nitqilə çıxış edən aparıçı tədbir iştirakçılarına Ə.Şıxlinskinin hərb sahəsindəki fəaliyyəti haqqında ümumi məlumat verib.

Daha sonra məktəbin direktoru Maarifə Qasımova çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə görkəmli hərbi xadimlərin, sərkərdələrin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülüb, bu ənənələrin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb. Qeyd edilib ki, bu cür tədbirlər keçirilməsi gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində böyük əhəmiyyət daşıyır.

Çıxışın ardınca məktəblilərdən ibarət hərbi komanda məktəbin qarşısında  “hərbi parad” keçirib.

Sonda çıxış edən qonaqlar, Ə.Şıxlinskinin şərəfli ömür yolundan və hərb sahəsindəki misilsiz xidmətlərindən söz açıb, görkəmli generalın həyat və fəaliyyətinin müasir dövrümüzdə gənclərə böyük örnək olduğunu söyləyiblər. Bildirilib ki, dünya və ölkə artilleriyasının tarixində silinməz iz qoymuş görkəmli Azərbaycan sərkərdəsi Ə.Şıxlinsikinin xatirəsi daim böyük qürur və fəxarətlə anılacaq. Azərbaycan xalqının fəxri Ə.Şıxlinskinin adı, onun döyüş meydanlarında göstərdiyi şücaətlər dünya hərb tarixinə qızıl hərflərlə yazılıb.

Mərasim məktəblilərin ifasında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya ilə başa çatıb.


Açar sözlər: ,  ,