29.01.2018

"Sağlam gənclik idmanda" layihəsinin finalçıları məlum olub

Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi, Şəmkir Rayon Təhsil Şöbəsi, “Böyük Yol” Gənclər İctimai Birliyi və Şəmkir Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Sağlam gənclik idmanda” layihəsinin turniri keçirilib.

Turnirdə iştirak edən 6 məktəbin komandaları A və B qrupları üzrə mübarizəyə qoşulub.

Gərgin mübarizə şəraitində davam edən oyunun sonunda C.Rüstəmov və N.Gəncəvi adına şəhər tam orta məktəbləri, Zəyəm qəsəbə 2 saylı tam orta məktəbi və Dəllər Cırdaxan kənd tam orta məktəbi 4/1 finala vəsiqə qazanıblar.

Komandlara uğurlar arzulayır və güclü olanın qalib olmasını diləyirik!