20.01.2018

20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Yanvarın 20-də Şəmkir rayonunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Öncə rayon ictimaiyyətinin nümayəndələri Şəmkir şəhərində yerləşən “20 Yanvar” qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstəsi qoyublar.

Mərasimdə məktəblilərin ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş kompozisiya dinlənilib. 20 Yanvar hadisələrini özündə əks etdirən flashmob nümayiş olunub. Məktəblilər vətənpərvərlik mövzusunda şeirlərlər səsləndiriblər.

Rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirilib, saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanına yürüş keçiriblər. Sonra rayon rəhbərliyi və tədbir iştirakçıları rayon şəhidlərinin məzarlarını ziyarət edərək onların məzarlarının üzərinə tər-çiçəklər qoydublar.