05.01.2018

Təhsil işçilərinə "İlin məktəbi" və "İlin müəllimi" fəxri adları təqdim edilib

“Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni İl” münasibətilə karnaval keçirilib.

Tədbirdə 2017-cı ildə Şəmkir rayonunun sosial-iqtisadi, mədəni, təhsil və idman sahəsində fərqlənənlərə fəxri fərman və kuboklar təqdim olunub.

Təhsil sahəsində qazandığı uğurlara görə Şiştəpə kənd tam orta məktəbi “İlin məktəbi”, Əhməd Cavad adına tam orta məktəbin fizika müəllimi Elnur Xuduyev isə “İlin müəllimi” adına layiq görülüblər.

Qeyd edək ki, təltiflər hər il təqdim olunur və təqdim olunarkən əsas kriteriyalar kimi məktəbin və müəllimin ötən il təhsil sahəsində qazandığı uğurlar və göstəricilər götürülür.


Açar sözlər: ,  ,