27.12.2017

100 səsli hekayə layihəsinin rayonlarda təqdimatı yekunlaşıb

Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin qalibi olmuş “100 səsli hekayə” layihəsinin icrası ilə bağlı rayonlarda təqdimatlar yekunlaşıb.

Layihənin çərçəvəsində “100 səsli hekayə” – proqram təminatı hazır olduqdan sonra onun məktəblərdə müəllimlər və şagirlər arasında təbliğ etmək məqsədi ilə Şəmkir rayon eləcə də ətraf rayonlar – Qazax, Ağstafa, Samux, Göygöl təhsil şöbələri ilə əməkdaşlıq şəraitində həmin rayonların təhsil işçiləri, şagird və valideynləri vəsait bərəsində məlumatlandırılıb. Bunu üçün həmin rayonların seçilmiş məktəblərində təqdimatlar təşkil olunub. Həmçinin layihə bərədə KİV, internet saytları, sosial şəbəkələr və Arb 24 televiziyasında məlumatlar verilib.

Qeyd edək ki, layihənin əsas məqsədi informasiya texnologiyalarının imkanlarından faydalanaraq şagirdlərin sinifdənxaric oxu imkanlarını yaxşılaşdırmaqla, onların dünya görüşünün artırılması, dinləyib anlama bacarıqlarının təkmilləşdirilməsi, məntiqi və tənqidi təfəkkürünün, həçminin intellektual və emosional zəkasının, eststik zövqünün inkişaf etdirilməsi ilə şagirdlərdə şəxsiyyətyönümlü düşüncə, davranış və xarakterin formalaşmasını təmin etməkdir.


Açar sözlər: ,  ,  ,