15.12.2017

"Gücümüz həmrəyliyimizdir" başlığı altında intellektual turnirin ilk mərhələsi keçirilib

Şəmkir rayon Təhsil Şöbəsi və "Böyük Yol" Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında intellektual turnirin 1-ci mərhələsi keçirilib.

Turnir Nə? Harada? Nə zaman? formatında olmaqla "Gücümüz həmrəyliyimizdir" başlığı altında təşkil olunub.

Turnirin birinci həftəsində rayonun şəhər, qəsəbə və kənd məktəblərindən 6 komanda mübarizə aparıb. Gərgin mübarizə şəraitində davam edən oyunun sonunda Kür qəsəbəsini təmsil edən "Kür-2" komandası və Şəmkir şəhərini təmsil edən "Gəncəvi" və "Fateh" komandaları final mərhələsinə vəsiqə qazanıblar.


Açar sözlər: ,